
Vilayət Quliyev: “Qurddan qorxan heç vaxt meşəyə getməz”
"Macarıstanda təhlükəsizliyimiz yerli hökumət tərəfindən hələlik yüksək səviyyədə təmin olunur". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib: "Qurddan qorxan heç vaxt meşəyə getməz. Ramil Səfərovla bağlı biz məlum addımı atanda onsuz da bunun müəyyən risklər doğuracağını anlayırdıq". Səfirin sözlərinə görə, Azərbaycan və Macarıstan münasibətlərində heç bir mənfi dəyişiklik baş verməyib: "Əvvəlcədən planlaşdırılmış bütün tədbirlər qüvvədə qalıb". Səfir bu il oktyabrın 8-9-da Budapeştdə Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini deyib.
O.M.
Digər xəbərlər