Milli Məclis sədrinin I müavini Ermənistana sərt mesaj göndərdi

Milli Məclis sədrinin I müavini Ermənistana sərt mesaj göndərdi

20 Sentyabr 2012 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistanın Dağlıq Qarabağda beynəlxalq aeroport açmasının heç bir hüquqi əsası yoxdur". Bu açıqlamanı jurnalistlərlə görüşündə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov verib. Onun sözlərinə görə, Azərbaycan mövcud məsələ ilə bağlı beynəlxalq görüşlərdə mövqeyini dəfələrlə bildirib: "Dəfələrlə bununla bağlı mövqeyimizi bildirmişik. Ermənistan bu açılışa bir neçə dəfə cəhd etsə də, müxtəlif səbəblərdən bunu təxirə salıb. Əgər bu dəfə onlar bu yola getsələr, Azərbaycan tərəfdən müvafiq reaksiya ilə qarşılaşacaqlar".

O.M.