Ramil Səfərovun atası: “Oğlumun harada olduğunu bilmirəm”

Ramil Səfərovun atası: “Oğlumun harada olduğunu bilmirəm”

7 Sentyabr 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərov jurnalistlərə açıqlama verib. Sahib Səfərov deyib ki, Ramili ancaq Azərbaycana gəldiyi gün görüb:

"Ondan sonra görüşümüz olmayıb. Evimizdən qonaq əskik olmur, camaatımız sağ olsun. Hələ də gəlib-gedənlər var. Gözaydınlığı, təbrik davam edir. Amma Ramilin üzünü görmürəm. Evə gəlmir. Yəqin təhlükəsizliklə bağlıdır. Çünki ermənilərin hay-küyü bir qırağa qalsın, özümüzünkülər burada özlərini parçalayırlar ki, Macarıstanı aldadıblar, cənab prezident Ramili niyə əfv edib, hansı qanun əsasında əfv edib... Heç özümüzünkülər də imkan vermirlər bilək ki, nə baş verir.
Hazırda Ramilin harada olduğunu bilmirəm. Heç təzə evinin yerini də, Ramilin orada olub-olmadığını da bilmirəm. Telefon əlaqəmiz də yoxdur. Bizə ilk gündən deyirlər ki, narahat olmayın, hər şey qaydasındadır".
O.M.