Hulusi Kılıç: “Diplomatlar sülh elçiləridir, onları qətlə yetirmək xüsusilə ağır cinayətdir”

Hulusi Kılıç: “Diplomatlar sülh elçiləridir, onları qətlə yetirmək xüsusilə ağır cinayətdir”

7 Sentyabr 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Hulusi Kılıç azərbaycanlı və türk diplomatları qətlə yetirən terrorçulardan danışdı

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri İsmayıl Alper Coşqun sentyabrın 16-da Bakıya gələcək. Publika.az-ın xəbərinə görə, Bu barədə jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bildirib.

Hulusi Kılıç erməni terror təşkilatı "Asala"nın Azərbaycan diplomatlarını öldürəcəyi ilə bağlı hədəsinə də münasibət bildirib:
"Erməni terrorçuları illər öncə, bir çox türk diplomatını qətlə yetirib və hazırda onlar Qərb ölkələrində məskunlaşıblar. Həmin ölkələrdən bu hədəyə cavab gözləyirik. Günahsız insanları öldürən terrorçulara biganə qalmaq olmaz. Diplomatlar sülh elçiləridir, onları qətlə yetirmək xüsusilə ağır cinayətdir".
Türkiyə bu hədəyə necə cavab verəcək-sualına cavabında Hulusi Kılıç bildirib ki, bunu açıqlamağa zərurət görmür.

O.M.