
Bakıda MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb
Bu gün Bakıda MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb. DİNŞ iclasında MDB ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın başqa təhlükəli növləri ilə mübarizə üzrə Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay Ovçinnikov MDB DİNŞ-nin sədrliyinin Azərbaycanın daxili işlər naziri Ramil Usubova keçdiyini elan edib. Ramil Usubov bildirib ki, zamanın və yaranmış təcrübənin sübut etdiyi kimi, MDB DİNŞ-nin formatında əməkdaşlıq daim möhkəmlənir, iştirakçı dövlətlərin və xalqların xeyrinə yeni konkret məzmun alır. "Əminəm ki, bu proses eyni dərəcədə pozitiv davam edəcək. Formatda əməkdaşlıq müasir çağırışlara və təhlükələrə əks-təsirə adekvatdır, beynəlxalq terrorizmlə və mütəşəkkil millətlərarası cinayətkarlıqla mübarizədə müvəffəqiyyət birlikdə, qarşılıqlı anlaşmada və insanların dinc həyatının müdafiəsi üçün birgə fədakar səylərin tarazlığındadır", - azərbaycanlı nazir deyib.
O.M.