Ermənistan parlamentinin Ramil Səfərovun əfv olunması ilə bağlı növbədənkənar iclası keçirilir

Ermənistan parlamentinin Ramil Səfərovun əfv olunması ilə bağlı növbədənkənar iclası keçirilir

5 Sentyabr 2012 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamentinin Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunmasına həsr edilmiş növbədənkənar iclası başlayıb.

APA-nın News.am" saytına istinadən verdiyi məlumata görə, reqlamentə əsasən növbədənkənar iclaslar prezidentin, hökumətin və ya deputatların üçdə birinin təşəbbüsü ilə onların təklif etdiyi məsələnin müzakirəsi üçün parlament sədri tərəfindən çağırılır. Hazırda iclas davam edir.

O.M.