
Əli Kərimlinin müşaviri “İsa Qəmbər, davay, do svidaniya!” şeirini yazdı
Bu gün gecə saatlarında facebook.com sosial şəbəkəsində Əli Kərimliyə yaxınlığı ilə tanınan "Xilas" qrupunda Müsavat Partiyasının başqanı İsa Qəmbərə həsr edilmiş "İsa Qəmbər, davay, do svidaniya" şeiri yayımlanıb. Publika.az-ın məlumatına görə, bu şeir Əli Kərimlinin müşaviri olan Asif Yusiflinin statusunda paylaşılıb. Şeiri olduğu kimi təqdim edirik:
"İsa Qəmbər, davay do svidaniya!
Tikan olub yol üstündə bitmisən,
Döyüş anı gələndə sən itmisən.
2003-də çıxıb evə getmisən,
İndi də get, qudbay, do svidaniya.
İsa Qəmbər, davay, do svidaniya.
Bilmədik nə yapdın, nə yoğurdun,
Proqramın vardı, adı "Uğur"du...
Camaatı qələbəyə çağırdın,
Sonra dalay-dalay, do svidaniya.
İsa Qəmbər, davay, do svidaniya.
20 Yanvar – unutdun millət dərdin,
Xalqı qoyub, tez qaçıb, evə girdin,
Qırğın vaxtı pürrəngi çay içirdin, …
Yenə dəmlətdir çay, do svidaniya.
İsa Qəmbər, davay, do svidaniya.
Özün də öz gedişindən çaşmısan,
Nizamnamə tələbini aşmısan,
Birdəfəlik dövlətlə anlaşmısan,
Dincəlmək vaxtıdı, daha yaşlısan,
Sənin reysin Havay, do svidaniya.
İsa Qəmbər, davay, do svidaniya.
O.M.