
Azərbaycan xarici işlər naziri Fransaya gedib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya yola düşüb.
Bu barədə Apa-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. E. Məmmədyarov bu gün Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində yaranmış vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, sentyabrın 2-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan xarici içlər naziri Edvard Nalbandyanla görüşüblər.
O.M.
Digər xəbərlər