Azərbaycan Prezidenti  XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Azərbaycan Prezidenti XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

31 Avqust 2012 20:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşmüşdür. Görüşə toplaşanlar Azərbaycan Prezidentini və ailə üzvlərini hərarətlə qarşıladılar.

Ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın Olimpiya Oyunlarında qazandığı qələbələrdən bəhs edən film nümayiş olunmuşdur.

Dövlət başçısı görüşdə nitq söylədi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında" Sərəncamı elan edildi.

Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXX Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə "Şöhrət" ordenini, "Tərəqqi" medalını və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu, habelə pul mükafatlarını təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Görüşdən sonra Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi.

O.M.