Macarıstan Ramil Səfərovla bağlı açıqlama yaydı

Macarıstan Ramil Səfərovla bağlı açıqlama yaydı

31 Avqust 2012 20:21
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan Ədliyyə Nazirliyi erməni tərəfinin qaldırdığı hay-küydən sonra Ramil Səfərovun Azərbyacana ekstradisiyası ilə bağlı rəsmi məlumat açıqlayıb.
Modern.az saytının məlumatına görə, Macarıstan Ədliyyə Nazirliyi bəyan edib ki, 1983-cü ildə qəbul olunmuş "Məhkumların təhvil verilməsi barədə" Konvensiyasına qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər.

Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili hüquqi prosedurları çərçivəsində dəyişdirə bilər.

"Azərbyacan həmin Konvensiyanı qəbul etdiyinə görə, Macarıstan Ədliyyə Nazirilyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə, cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər"-deyə Macarıstan Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.
8 ildir Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun avqustun 31-də Bakıya gətirilib və dərhal da Prezident İlham Əliyevin sərəncamı əsasında əfv edilib.

O.M.