Ermənilər Ramil Səfərovun azadlığa buraxılmasına münasibət bildirdi

Ermənilər Ramil Səfərovun azadlığa buraxılmasına münasibət bildirdi

31 Avqust 2012 17:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Ramil Səfərovu Azərbaycana qaytaran Macarıstan hökumətinin hərəkəti yalnız qəzəb və hiddət yaradır", - Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən onun əfv olunması isə bir daha göstərir ki, Azərbaycanda dövlət səviyyəsində ermənilərə nifrət və faşizm siyasəti genişləndirilir. Hesab edirəm ki, cinayətkarın əfv olunması kimi şoka salan bir addım cavabsız qalmamalı və beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilməlidir", - o əlavə edib.

O.M.