İran prezidenti BMT-nin baş katibi ilə görüşüb

İran prezidenti BMT-nin baş katibi ilə görüşüb

30 Avqust 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bitərəf Dövlətlər Hərəkatı sammitində iştirak etmək üçün Tehrana gələn BMT-nin baş katibi ilk olaraq prezident Mahmud Əhmədinejad və spiker Əli Laricani ilə bir araya gəlib. Reginal TV-nin verdiyi məlumata görə, BMT-nin baş katibi Əhmədinejadla görüşündə nüvə proqramı ilə bağlı məsələni müzakirə edib. Müzakirələr zamanı baş katibin nüvə obyektlərinə baxış keçirməsinə icazə verildiyi də bildirilib. Ban Ki Mun spiker Əli Laricani ilə olan görüşündən sonra verdiyi açıqlamada Suriya xalqının bu acınacaqlı vəziyyətdən çıxarılmasında İranın da rolu ola biləcəyini bildirib. İran müxalifəti isə Ban ki Muna 18 aydır ev həbsində saxlanılan Mir Hüseyn Musəvini ziyarət etməyə çağırıb. BMT baş katibinin sabah İranın ali dini lideri Ayətulla Əli Xamaneyi ilə də görüşəcəyi gözlənilir.

O.M.