VIDEO-Türkiyə siyasətində kaset qalmaqalı davam edir

VIDEO-Türkiyə siyasətində kaset qalmaqalı davam edir

28 Aprel 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə , internetdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) iki sədr müavininin görüntüləri yayılıb.


Gizli kamera ilə çəkilmiş görüntülərdə MHP liderinin ailə və qadın problemləri üzrə müavini, millət vəkili Rəcai Yıldırım və yerli idarəetmə orqanları üzrə müavini, millət vəkili Mətin Çobanoğlu qadınlarla siyasət, seçki, eləcə də intim mövzularda söhbət edir və öpüşürlər.

Kaset yayıldıqdan bir qədər sonra partiya lideri Dövlət Bağçalının təlimatı ilə hər iki şəxs sədr müavinliyindən istefa verib. İyunun 12-də keçiriləcək parlament seçkilərində namizədlikləri irəli sürülmüş R. Yıldırım və M. Çobanoğlu seçkiyə qatılmayacaqlar. Prokurorluq fakt üzrə "şəxsi həyatın gizliliyinin toxunulmazlığı " maddəsi ilə cinayət işi qaldırıb.

Xatırladaq ki, Türkiyə siyasətində ötən il də kaset qalmaqalı baş vermişdi. Ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal katibəsi ilə çəkilən gizli kamera görüntülərinin internetdə yayılmasından sonra - 2010-cu il mayın 10-da vəzifəsindən istefa vermişdi.


Tarix təkrarlanır. Böyük Türk sərkərdəsi Sultan Süleyman da zamanında Osmanlı sarayını rus qadınının ixtiyarına vermişdi...


Hafiz Əhmədov


O.M.