Ermənistan prezidenti Tehranda keçiriləcək sammitdə iştirak edəcək

Ermənistan prezidenti Tehranda keçiriləcək sammitdə iştirak edəcək

24 Avqust 2012 12:25
570
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Serj Sarkisyan Qoşulmama Hərəkatının Tehranda keçiriləcək sammitində iştirak etmək üçün İrana səfər edəcək. Apa-nın məlumatına görə, bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan İranın "Mehr" agentliyinə müsahibəsində bildirib. "Ermənistan müşahidəçi statusunda olmasına baxmayaraq, sammitdə prezident səviyyəsində təmsil olunacaq", - deyə səfir vurğulayıb. Qeyd edək ki, Qoşulmama Hərəkatının 16-cı sammiti avqustun 26-31-də keçiriləcək.

O.M.