
Türkiyənin prezidenti səhhətində yarandığı problemlə əlaqədar Bişkek sammitini tərk edib
Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammitinə qatılan Türkiyə prezidenti Abdullah Gülün səhhətində problem yaranıb. "Anadolu" xəbər agentliyinin verdiyi xəbərə görə, bu səbəbdən o, sammiti yarımçıq tərk edərək, Türkiyəyə dönməli olub. A. Gülün qulağında kəskin ağrılar yarandığı bildirilir. A. Gül sammitin açılış mərasiminə qatılıb. Burada o Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb.
O.M.
Digər xəbərlər