Əbülfəz Elçibəyin kürəkəni İctimai Palatanın Koordinasiya Şurasında üzvlüyünə son verdi

Əbülfəz Elçibəyin kürəkəni İctimai Palatanın Koordinasiya Şurasında üzvlüyünə son verdi

22 Avqust 2012 18:32
Bəyəndim (0) Bəyənmədim (0)

Sabiq prezident Əbülfəz Elçibəyin kürəkəni, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli Türkiyəyə köçüb. Bu barədə APA-ya Aqil Səmədbəylinin yaxınları məlumat verib. A.Səmədbəylinin ailə üzvləri - sabiq prezident Ə.Elçibəyin qızı Çilənay Səmədbəyli və iki övladı da artıq Türkiyədə yaşayır. A.Səmədbəylinin Türkiyədə nə işlə məşğul olduğu haqda məlumat verilməyib.

İctimai Palatanın katibi Gülağa Aslanlı isə A. Səmədbəylinin qurumun Koordinasiya Şurasının üzvülüyündəki gələcək fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib. O deyib ki, Koordinasiya Şurasına üzvlük seçki yolu ilə müəyyənləşir. Bu postdan azad olunmaq üçün isə xüsusi qayda müəyyənləşdirilməyib: "Yəni şuranın üzvlüyündən çıxma ilə bağlı dəqiq mexanizm yoxdur. Əgər ölkədən köçübsə, yəqin, bundan sonra Koordinasiya Şurasının üzvü postunda fəaliyyətinə xitam vermək üçün müraciət edəcək. Hər halda bu məsələ ən sadə yolla həll oluna bilər".
O.M.