Gürcüstanın iqtidar partiyasının siyahısında 21 yaşlı deputatlığa namizədlər də yer alacaq

Gürcüstanın iqtidar partiyasının siyahısında 21 yaşlı deputatlığa namizədlər də yer alacaq

22 Avqust 2012 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan Respublikasının prezidenti Mixeil Saakaşvili Anakliyada tələbələrin yay işədüzəlmə layihəsi "Summer Job" çərçivəsində çıxış edərkən maraqlı bir bəyanat səsləndirib. O, növbəti parlament seçkilərində hakim partiyanın siyahısında 21 yaşlı gənclərin də yer alacağını bildirib. Грузия online saytının məlumatına görə, prezident bu addımı demokratiyaya doğru cəsarətli addım adlandıraraq deyib: "Siz o nəslin nümayəndələrisiniz ki, biz illərdir sizin üçün demokratik Gürcüstanı inşa edirik. Siz çətin mərhələdə dünyaya gələn, ancaq inkişaf etmiş dövlətdə yaşayan nəslin nümayəndələrisiniz".

O.M.