AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayəti təmin olunmadı

AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayəti təmin olunmadı

22 Avqust 2012 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb. AXCP sədrinin müavini Gözəl Bayramlının APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Şahin Həsənli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi aksiyadan əvvəl Şəmkir rayonunda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir Rayon Məhkəməsi Şahin Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Gəncə Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Sonradan Ş.Həsənli vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad olunmaqla bağlı ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Həmin qərardan isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib.

O.M.