Sabiq prezident Əbülfəz Elçibəyin vəfatından 12 il ötür

Sabiq prezident Əbülfəz Elçibəyin vəfatından 12 il ötür

22 Avqust 2012 10:37
518
Bəyəndim (0) Bəyənmədim (0)

Milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 12 il ötür. Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

O.M.