Amerikalı senator Con Makkeynin şok iddiaları

Amerikalı senator Con Makkeynin şok iddiaları

27 Aprel 2011 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Lenta.ru" saytının Əl-Cəzirə telekanalına istinadən yaydığı məlumata görə, respublikaçı senator Con Makkeyn şok iddialarla çıxış edib. Senator, "Liviyada müharibənin gedişini dəyişmək üçün yeganə çıxış yolu əməliyyatlara komandanlığın NATO-dan ABŞ-a verilməsidir", deyib.


O bildirib ki, əməliyyatda NATO-ya 28 üzv ölkədən yalnız 6-sı iştirak edir və bu ölkələr uzun müddət atəş gücünü təmin etməyə qadir deyillər.


O, "Yalnız ABŞ havadan atəş dəstəyini təmin edə biləcək "AC-130" hava maşınlarına və "A-10" hücum təyyarələrinə malikdir. ABŞ aviasiyasının tam gücündən istifadə etməklə Qəddafi rejiminin süqutunu yaxınlaşdırmaq olar. Ancaq "Predator" pilotsuz təyyarələrindən istifadə etməklə hərbi əməliyyatların gedişinə həlledici təsir göstərmək mümkün deyil", deyib.


Con Makkeyn bildirib ki, Liviya liderinin iqamətgahının bombardman edilməsi BMT qətnaməsinin tələblərindən kənara çıxsa da, buna haqq qazandıran amillər var.


Makkeyn "Əgər sizin vəzifəniz humanitar fəlakətin qarşısını almaqdırsa, bunu həyata keçirmək üçün yeganə imkan Qəddafiyə bu böhranı yaratmağa mane olmaqdır" fikrini söyləyib.


Senatorun sözləri lap nağıla oxşayır. Hamı bilir ki, ABŞ nə maddi, nə də insani itki vermək istəmir. Ona görə də göydən 3 alma düşdü. Biri Con Makkeynin başına, biri mənim başıma, biri də kim istəyirsə onun başına. O ki qaldı Qəddafinin başına, ona hələ bomba düşür...


Elvin Babayev


O.M.