Ekspertiza təsdiqlədi: Saakaşvili zəhərlənib

Ekspertiza təsdiqlədi: Saakaşvili zəhərlənib

25 Noyabr 2022 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin ekspertizası onun zəhərləndiyini təsdiqləyib. Bədənində civə səviyyəsi icazə verilən hədləri 42% üstələyir.

Oxuməni.az xəbər verir ki, bu barədə "Empatiya" qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

"Tibbi rəy 188 səhifədən ibarətdir, həmçinin 3 min sənəd səhifəsi öyrənilib, Amerikadan saçların ekspertizası (Mixail Saakaşvili – Red.) alınıb. Öyrənilən bütün sənədlərə əsasən, Saakaşvilinin sağlamlığının pisləşməsinin səbəbinin zəhərlənmə ehtimalı yüksək olduğu qənaətinə gəlirik ",- deyə Mariam Cişkariani bildirib.

Onun sözlərinə görə, bədəndəki civə səviyyəsi icazə verilən hədləri 42% üstələyir. Keçmiş Gürcüstan lideri digər metallarla da intoksikasiya göstərir.

Ekspertlər belə qənaətə gəliblər ki, Mixail Saakaşvilinin həyatını xilas etmək üçün xaricə müalicəyə buraxılmalıdır. "Empati" nin rəhbəri Saakaşvilinin səhhəti ilə bağlı bütün məlumatların Gürcüstan prezident administrasiyasına çatdırıldığını bildirib.

Əziz Mustafa, Oxuməni.az