"Paşinyan belə bir sazişə hazır olduğunu deməklə onu hədəfləyir ki..."

"Paşinyan belə bir sazişə hazır olduğunu deməklə onu hədəfləyir ki..."

13 Noyabr 2022 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

"İki gün önce Ermənistan baş naziri Paşinyanın hökümətin iclasında Azərbaycanı ittiham edən həyasız çıxışına baxdım. 10 noyabr 2020 ci il üçtərəfli bəyannamədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsində bu günə qədər Ermənistanın tutduğu mövqenin əslində nəyə hesablandığı ortaya çıxmış oldu. O Azərbaycanı ittiham edərək həmin öhdəliklərin yerinə yetirilməməsinin səbəbkarı kimi qələmə verməyə çalışdı"

Oxuməni.az bunu tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında söyləyib.

Müharibədə məğlub olmuş bir ölkənin kapitulyasiya sənədinə imza atmaması və sülhün bölgədə bərqərar olmaması sanki bizim günahımızdan olmuşdur və Azərbaycan bölgədə sülh olmasını istəmirmiş... Onun deyişinə görə Zəngəzurdan açılacaq dəhlizin və komunikasiya xətlərinin işə düşməsini də Azərbaycan istəmirmiş. Bu günə qədər ən müxtəlif ziddiyətli bəyanlada bulunan sanki o deyilmiş. Onun səsləndirdiyi digər fikirlər də növbəti erməni həyasızlığından ötə həm də erməni bicliyinin nümayişi idi və erməni cəmiyyətinin özü Paşinyanın bu "məharətinə" heyran qalmışdır. Paşinyan Azərbaycanın təklif etdiyi 5 bəndlik təklifdən danışmır, onu əsas kimi qəbul etməkdən daha öncələr verdiyi bəyanatın tam əksinə yeni sərhədlərin müəyyənləşməsini nəzərdə tutan bir çərçivə sazişindən bəhs edir. Özü də bilə bilə ki, Azərbaycan iki ölkə arasında Böyük Sülh sazişinin imzalanmasını istəyir. Paşinyan bu çərçivə sazişini ortaya atmaqla iki ildən bəri Ermənistanı Qarabağdakı erməni əhali ilə bağlı müdaxilə imkanlarını məhdudlaşdıran və hətta yox edən yeni siyasi divident əldə etmək istəyir. Belə bir sazişə hazır olduğunu deməklə onu hədəfləyir ki, Qarabağ ermənilərinin gələcək taleyi ilə bağlı məsələlərə yenə burnunu soxa bilsin. Qərb ölkələrində , beynəlxalq təşkilatlarda Ermənistanın apardığı siyasət də bu yöndədir.

Çıxışında Paşinyan Azərbaycanın Qarabağ ermənilərinə qarşı soyqırım planlaşdırdığını deməklə həm də Qərb ölkələrinin diqqətini bu məsələyə yönəltmək istəyir və demək istəyir ki, bu əhalini xilas etmək üçün qondarma "Artsax Respublikası" tanınmalıdır. Artıq Fransa parmentini bir layihə təqdim edilmişdir və onun müzakirə ediləcəyi gözlənilir. Əgər belə bir şey baş verərsə bölgədə sülhdən danışmaq mümkün olmayacaqdır. Göründüyü kimi Paşinyan təhlükəli oynayır və Azərbaycana, onun rəhbərinə qarşı belə sərt bəyanlarda bulunması təsafüfi sayılmamalıdır"