Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

9 Avqust 2012 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb. Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Ərdoğanın səfəri sentyabrın 11-12-nə nəzərdə tutulub. Səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir. Hazırda Şuranın iclası ilə bağlı müvafiq sənədlərin hazırlanması işi aparılır. Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşma Azərbaycan Prezidenti İlham Əliyevvə Türkiyə Prezidenti Abdulla Gül tərəfindən 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb.

O.M.