Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti dayandırıldı

Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti dayandırıldı

7 Avqust 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları ölkəni tərk ediblər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, səfir və diplomatik missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik amillərini nəzərə alaraq tərk ediblər. Səfirliyin Dəməşqdə fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.
Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da ölkəni tərk etdiyi bildirilir.
Qeyd edək ki, hazırda Suriya paytaxtında və ayrı-ayrı şəhərlərdə müxalifət qüvvələri ilə Hafiz Əsədə tabe olan qoşunlar arasında qanlı döyüşlər davam edir. Dünən müxalifət Suriya dövlət televiziyasını partlatmağa nail olub. Suriyanın baş naziri Riyad Hicab ailəsi ilə birgə ölkədən qaçıb və müxalifətin tərəfinə keçmək niyyətində olduğunu açıqlayıb.

O.M.