Kreml nə istəyir? - Putinin zəngləri, Mirzoyanın Moskvaya çağırılması...

Kreml nə istəyir? - Putinin zəngləri, Mirzoyanın Moskvaya çağırılması...

6 Sentyabr 2022 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Rusiya preizdenti V. Putin hər iki dövlət başçısına zəng etdi. Kreml Brüsselin vasitəçiliyindən narahatdır və sülh müqvəsinin bağlanmasını yalnız Moskvanın iştirakı ilə məqbul görür".

Oxuməni.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, Rusiya Brüsselin vasitəçiliyindən kənar sülh müqaviləsinin bağlanmasını regionda möqelərinin zəifləməsi kimi qəbul edir:

"Ona görə də Brüssel görüşündən sonra V.Putin Bakı və Yerevanla əlaqələr saxlayır. Hər iki tərəfin mövqeyi ilə yaxından tanış olur. Qeyd edim ki, Moskva Brüsselin real sülh müqavilədə səmimi olduğunu bilir, Məhz həm Bakı, həm də Yerevan Brüssel formatına üstünlük verir. Rusiya tərəfi manipulyasiya və qızışdırıcı mövqe tutduğu üçün Yerevan və Bakı Rusiyanın iştirakı ilə sülh müqaviləsinin bağlanmasında səmimi olmadığının fərqindədir. Əgər Rusiya Avropa İttifaqının təşəbbüsündən narazıdırsa, praqmatik mövqe ortaya qoyub, sülh müqaviləsinin bağlanmasına töhfə verə bilər. Amma, buna getmək istəmir".

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya çağırılıb. Moskva Ermənistanın Brüsseldəki razılaşmaya gedib-getməyəcəyini müəyyənləşdirmək istəyir. Həmçinin, Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a gedir. Görünür, N.Paşinyan Azərbaycanla münasibətlərin hansı istiqamətdə aparılmasında Moskva və Vaşinqtonun mövqeyini müəyyənləşdirilməyə çalışır.

Ermənistanın Moskva və Vaşinqton arasında gedib-gəlməyi Azərbaycanla sülh müqaviləsinin bağlanmasını yubada bilər, amma təxirə sala bilməz.

Ermənistan Baş naziri Nikol Paşinyanın ilin axırına kimi sülh müqaviləsinin bağlanmasını qeyd etməsinə baxmayaraq növbəti manevr edir. İlk növbədə sülh müqaviləsinin bağlanması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir", - deyə politoloq şərhini yekunlaşdırıb.