Dövlət başçısı İlham Əliyev Lənkərana səfər edib

Dövlət başçısı İlham Əliyev Lənkərana səfər edib

31 İyul 2012 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 31-də Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib. "AzərTAc"ın verdiyi məlumata görə, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında ümummilli liderin abidəsini ziyarət edib. Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır.

Lənkərana səfəri çərçivəsində prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.
Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.

O.M.