Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaradıla bilər

Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaradıla bilər

20 İyul 2012 16:07
598
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentinin 52 üzvü Azərbaycan Milli Məclisinin EuroNest-dəki nümayəndə heyətinə müraciət edib. Nümayəndə heyətinin sədri Elxan Süleymanova və qrupun üzvlərinə ünvanlanmış müraciətdə deputatlar Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaratmaq niyyətlərini ifadə ediblər. Müraciətdə yazılır: "Biz Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi niyyətindəyik. Bundan başqa, AB Dağlıq Qarabağ münaqişəsinin həllinin vasitəçiliyində əsas rol oynaya bilər və oynamalıdır. Bu problemin həllini tapmaması regional sabitliyə təhlükədir və minlərlə qaçqın və məcburi köçkünün çətin şəraitdə yaşaması ilə bağlı vəziyyətin uzadılmasına səbəb olur. Bu, beynəlxalq hüququn pozulmasının da göstəricisidir. Biz bundan çıxış edərək, Avropa Parlamenti daxilində Azərbaycanla Dostluq Qrupu yaradacağımızı bəyan edirik".

O.M.