Millət vəkili Qənirə Paşayeva Bosniya və Herseqovina prezidenti ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bosniya və Herseqovina prezidenti ilə görüşüb

11 İyul 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bosniya və Herseqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva bu ölkənin prezidenti Bakir İzetbeqoviç ilə görüşüb. Apa-nın xəbərinə görə, Azərbaycanı sevdiyini deyən B. İzetbeqoviç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu vurğulayıb. Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyən prezident, oktyabr ayında dost Azərbaycana rəsmi səfər edəcəyini söyləyib. O bildirib ki, bu səfərdən və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən sonra iki ölkə arasında əməkdaşlığın daha da sürətlə inkişaf edəcəyinə inanır: "Bizim aramızda heç bir problem yoxdur və iki dost ölkə arasında əməkdaşlığın bundan sonra daha da sürətlənməsi üçün daha çox işlər görüləcək". Qeyd edək ki, Q. Paşayeva bu gün Srebrenitsa soyqırımı qurbanlarının anım tədbirlərində iştirak edəcək.

O.M.