“Suriyanın dostları” Bəşər Əsədin təcili istefasını tələb edirlər

“Suriyanın dostları” Bəşər Əsədin təcili istefasını tələb edirlər

6 İyul 2012 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Parisdə keçirilən "Suriyanın dostları" görüşünün iştirakçıları yekun bəyanat veriblər. AFP-nin məlumatına görə, müxalifəti dəstəkləyən nümayəndələr yekdilliklə qərara gəliblər ki, ölkənin ictimai, iqtisadi və siyasi həyatında yenilik etmək iqtidarında olmayan B.Əsəd könüllü olaraq istefa verməlidir. Bu isə o deməkdir ki, Qərb ölkələri Rusiya, İran və Çinin dəstəyinə arxalanan Bəşər Əsədin vəzifədən getməsində israrlıdırlar.

Xatırladaq ki, "Suriyanın dostları" görüşündə Suriya müxalifətinə maddi dəstək vermək haqda da qərar qəbul olunub.

O.M.