Eks prezidentin Qonqadze ilə bağlı işi yekunlaşıb

Eks prezidentin Qonqadze ilə bağlı işi yekunlaşıb

26 Aprel 2011 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın baş prokurorluğu eks-prezident Leonid Kuçmanın Georgiy Qonqadzenin ölümündə əlinin olub-olmamağı barədə araşdırmanı başa çatdırıb. Bu haqda Qonqadzelərin vəkili Valentina Teliçenko məlumat verib.


Onun sözlərinə gərə, günortadan sonra zərərçəkən tərəfi materiallara baxılması üçün dəvət ediblər.


Vəkil həmçinin onu da bildirib ki, prokurorluq əməkdaşlarının bir qisim şəxslərin hərəkətində cinayət tərkibini görmək istəməməyi sifarişçini tapmaq arzusunda olmadıqlarından xəbər verir.


Bundan başqa Teliçenko materialların hərtərəfli araşdırılması üçün müdafiə tərəfinin vəkalətlə çıxış edəcəyini qeyd edib.


Xatırladaq ki, Ukraynanın Baş prokurorluğu martın 21-də sabiq prezident Kuçmaya qarşı Qonqadzenin qətlində şübhəli olması barədə cinayət işi qaldırıb. Məhkəmənin qərarı ilə martın 23-dən etibarən sabiq dövlət başçısı ölkə ərazisini tərk edə bilməz.


Mərhum jurnalistin ölümü onun araşdırılması qədər çətin olmamışdı...


Samir Mustafabəyli


O.M.