“Cənubi Qafqazda beton divarlara ehtiyac olmayacaq“ - Elçin Mirzəbəyli
"Cənubi Qafqaz respublikaları arasında inteqrasiya prosesindən söhbət gedirsə, beton divara ehtiyac qalmayacaq".
Oxuməni.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
O, Türkiyə-İran sərhədində çəkilən beton divarın Azərbaycan-Ermənistan sərhədində çəkilmə ehtimalını şərh edib.
“Bir vaxtlar Qərbi və Şərqi Almaniyanı da beton divar ayırırdı. Sonradan necə dağıldığını gördük", - deyə Elçin Mirzəbəyli vurğulayıb
Onun sözlərinə görə, Türkiyə-İran sərhədində beton divarın çəkilməsi fikki həqiqəti əks etdirmir: "Bu fikir Əfqanıstandan gələn qaçqınlarla əlaqədar olaraq Türkiyə müxalifətinin səsləndirdiyi fikirlərdir. Çünki onlar əfqan qaçqınların Türkiyəyə daxil olmasını istəmirlər”.
Ekspert qeyd edib:
“Azərbaycan sərhədləri elə bir relyefdə yerləşir ki, tam nəzarət etmək imkanımız var. Tam nəzarətdən sonra delmitasiya və demarkasiya prosesi baş verəcək və problem yaşanmayacaq. İndiki şəraitdə sosial problemlərlə üz-üzə qalan Ermənistan rejiminin əsas diqqəti xarici düşmən faktorunun qabardılmasına yönəlib. Bu aspektdən tez-tez sərhəd məsələlərini gündəmə gətirir. Əgər gələcəkdə regionda kommunikasiyaların tam şəkildə açılmasından və əlaqələrin genişləndirilməsindən danışırıqsa, bütövlükdə Cənubi Qafqaz respublikaları arasında gələcək inteqrasiya prosesindən söhbət gedirsə, beton divara ehtiyac qalmayacaq”.









































.jpg)
.jpg)
.jpg)


















































