“Rusiya üçtərəfli razılşamanın bu şərtinə əməl etməyib, gələcəkdə də belə planı yoxdur...”
“Ermənistan Qarabağdan nə vaxt öz ordusunu çıxarmışdı ki, indi yenidən ora yerləşdirsinlər. Elə əvvəllər də erməni ordusu Qarabağa müxtəlif formalarda gəlirdi. Hətta bir neçə dəfə avtobuslarda mülki geyimlərdə gəlmişdilər. Hətta son hadisələr zamanı atışmalar zamanı yaralananlar erməni ordusunun əsgərləri çıxdılar, onlar Qarabın özünümüdafiə dəstələri deyildi”
Oxuməni.az xəbər verir ki, bunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Moderator.az-a açıqlamasında deyib. Onun sözlərinə görə burada məqsəd Qarabağ probleminin sonuna qədər həll edilməsinə imkan verməməkdir:
“Yəni bunun arası kəsilməyib, Rusiya əvvəlcədən üçtərəfli razılşamanın bu şərtinə əməl etməyib və indi də əməl etmir. Düşünürəm ki, yaxın gələcəkdə belə planları da yoxdur. Qarabağın erməni nəzarətində saxlanılan hissəsi və ora sülhməramlıların yeridilməsi əvvəlcədən bu problemin sonuna qədər həll edilməsinə imkan verməmək üçün Rusiya tərəfindən atılan addım idi. Rusiya isə ardıcıl olaraq öz işini görür.
O yerlərdə şərait məsələsi üçüncü dərəcəlidir. Xüsusilə Dağlıq Qarabağın indiki hissəsindən kənarda qalan yerlərdə ermənilər qalmayacaqlar, çıxıb gedəcəklər. Əsas diqqət Xankəndi və onun ətrafında infrastrukturun bərpa olunmasına yetirilir. Çünki ermənilərin orda möhkəmlənməsi nəzərdə tutulur. Amma o ərazilərdən kənarda əgər hardasa ermənilər yaşayırdısa, onlar orda qalmayacaqlar. Odur ki, bu prosesi xüsusi diqqət yetiriləcək məsələ hesab etmirəm. Əsas məsələ, hadisələr Dağlıq Qarabağda ermənilərin qalmış olduğu və möhkəmlənməyə çalışdıqları ərazilərdə Rusiyanın nəzarəti altında baş verir. Bir də əlbəttə, bizim Ermənistanla sərhədlərdə bu baş verir.
Dövlətimizin bu sahədə tədbir görmək imkanları xeyli məhduddur. Mən düşünmürəm ki, Azərbaycan rəhbərliyi və hər hansısa bir siyasi qüvvə Rusiyanın orada möhkəmlənməsinə, yaxud Dağlıq Qarabağ probelminin yeni formaya keçməsində maraqlıdır. Bəzi fikirlər var ki, bunlar qəsdən olunur, göz yumulur. Amma düşümürəm ki, Azərbaycanda belə bir qüvvə var və o cümlədən də rəhbərlik öz ərazisində başqa dövlətlərin möhkəmlənməsində maraqlı olsun. Rusiya güc, diplomatik təzyiqlər hesabına tək Azərbaycanda yox, bütün sərhədlər boyu bilirsiniz ki, nələr edir. Rusiya təkcə bizə yox, Ermənistana da, Gürcüstana da bu problemləri yaradır. Bilməliyik ki, bu xəmir çox su aparan xəmirdir. Bunu hissə-hissə, zaman-zaman həll etmək lazımdır. Rusiya uzun illər idi, bəlkə də öz ətrafında yeganə ölkə idi ki, Qarabağa hansısa bir formada 1993-cü ildən bəri qoşun yeridə bilmirdi. Bu dəfə imkan tapdı və qoşununu ora saldı, bazasını yaratdı və indi bu problemin həlli uzun və çətin prosesdir”.






































































.jpg)























