Paşinyanın iki sərsəm generalı: Birisi Ermənistanı məğlubiyyətə apardı, digəri xəritədən siləcək

Paşinyanın iki sərsəm generalı: Birisi Ermənistanı məğlubiyyətə apardı, digəri xəritədən siləcək

11 Avqust 2021 07:13
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən il general David Tonoyan “yeni müharibə, yeni torpaqlar” tezisini uydurub, Ermənistanı kapitulyasiya imzalamış ölkəyə çevirdi; İndi isə general Arşak Karapetyanın “güc tətbiq etmək hüququ” ilə bağlı tezisi bu ölkəni ümumiyyətlə, yox edə bilər…

Ermənistanda sosial-siyasi və maliyyə-iqtisadi böhran dərinləşir. Bu, Ermənistan mətbuatının yaydığı məlumatlardan çıxarılan nəticədir. Və “böhranlar zənciri” hazırda Ermənistanın mövcudluğunu təhdid edən əsas problemlərin sırasında ön planda dayanır.

Ona görə də, rəsmi İrəvanın indi öz fəaliyyətini əsasən Ermənistanı “böhranlar zənciri”ndən xilas etməyə yönəltməsi daha məntiqli olardı. Halbuki hələlik bu, qətiyyən müşahidə edilmir. Əksinə, Paşinyan hakimiyyəti hazırda israrla öz fəaliyyətini hərbi təxribatların daha da intensivləşdirilməsi üzərində qurmağa çalışır.

Belə anlaşılır ki, Ermənistanın əsas problemi yalnız “böhranlar zənciri” deyil. Ermənistan hazırda həm də, ölkəni “böhranlar zənciri”ndən xilas edə bilməyən, hətta bunu istəməyən, onu daha da təhlükəli həddə çatdıran hərbi-siyasi elita problemi ilə üzləşib. Yəni, Ermənistana qarşı ola biləcək ən böyük təhlükə elə bu düşmən ölkənin daxilindədir.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan dünyada bənzəri çətin tapla biləcək bir siyasi avantüristdir. Çünki bu adam hakimiyyətə gəlişindən öncə də, baş nazir postina sahibləndikdən sonra da müxtəlif vədlər verib, ardınca tez bir zamanda onları “unutması” ilə məşhurdur. Yəni, erməni baş nazir nəsə bir vəd verə bilər, ancaq sonradan mütləq onun əksinə davaranacağı qətiyyən şübhə doğurmur.

Azərbaycanın tarixi zəfəri ilə nəticələnmiş 44 günlük savaşdan əvvəl Ermənistanın David Tonoyan adlı bir müdafiə naziri var idi. Bu erməni general müdafiə naziri kreslosuna oturar-oturmaz özü üçün bir “tezis” uydurmuşdu. Hər imkanda “yeni müharibə, yeni torpaqlar” deyə bu “tezisi” təkrarlamağı xoşlayırdı.

Nəticədə general D.Tonoyan öz istəyinin bir hissəsinə hər halda, nail ola bildi. Yəni, yeni müharibənin törədilməsini bacardı. Ancaq onun “yeni torpaqlar” xəyalı boşa çıxdı. Əksinə, D.Tonoyanın “yeni müharibə, yeni torpaqlar” tezisi Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərin həmişəlik itirilməsi ilə nəticələndi.

Ancaq Ermənistanın reallıqdan uzaq zehniyyata malik, ölkəni batıran rəhbər şəxslərinin sayı bunlarla məhdudlaşmır. Hazırda bu ölkənin hakimiyyət postlarında özlərinə kreslo təmin edənlərin demək olar ki, hamısı eyni zehniyyatdadır. Buna misal kimi, elə Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanı göstərmək olar.

Məsələ ondadır ki, bu erməni general müdafiə naziri təyin olunduğu gündən hərbi populuzmlə məşğuldur. Belə ki, Ermənistan ordusunun zabit-komanda heyəti ilə görüşdə bu adam sərhəd bölgəsində Azərbaycan ordusunun mövqelərinə atəş açmağı əmr etmişdi. Guya bununla Azərbaycan ordusunun sərhədləri demarkasiya etməsinin qarşısını alacaqmış.

1626786778_0de-4-kcur.jpg (31 KB)

Halbuki beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan məkanlarda ordumuzun mövqelərinə açılan atəşin Ermənistan üçün fəlakətli nəticələr verə biləcəyini bu erməni generaldan başqa hər kəs çox gözəl anlayır. Əgər, bu general verdiyi əmrin Ermənistana nə vəd etdiyini anlasaydı, yəqin ki, ağzını belə, açmazdı. Bu baxımdan, general A.Karapetyanın müdafiə nazirindən daha çox hərbi cahil olduğu qətiyyən şübhə doğurmur.

Ancaq general A.Karapetyan vaxtilə Azərbaycan ordusunun sarsıdıcı zərbələrini öz üzərində hiss edib. Belə ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu general A.Karapetyanın rərbərlik etdiyi Ermənistan hərbi hissələrini darmadağın etmişdi. Nəticədə Ermənistanın hərbi müdafiəsini təmin edə bilməyən bu general ordudan qovulmuşdu.

İndi baş nazir N.Paşinyan onu Ermənistanın müdafiə naziri postuna oturtduqdan sonra erməni general deyəsən, Azərbaycan ordusunun sarsıdıcı zərbələrini unudub. Bəlkə də aldığı hərbi zərbələri heç unuda bilməyib, ona görə də revanş niyyətinə düşüb. Amma hər iki variantda böyük səhvə yol verdiyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, A.Karapetyan müdafiə naziri olsa da, onu əslində, ordusuz general hesab etmək daha doğru olardı. Çünki Ermənistan ordusu son savaşda darmadağın edilib, yenidən bərpa edilməsi prosesi isə hələlik istənilən səviyyədə deyil. Ermənistan mətbuatı orduya çağırış prosesinin ciddi problemlərlə üzləşdiyini gizlətmir. Hərbi çağırış yaşına çatan erməni gənclərin bir hissəsinin ölkəni tərk etdiyi, digərlərinin isə rüşvətlə orduda xidmətdən yayındığı bildirilir.

Eyni zamanda, tam komplektləşdirilməsi mümkün olmayan, hərbi təlim və döyüş hazırlığı qeyri-qənaətbəxş Ermənistan ordusunda hərbi texnika probleminin mövcudluğu da vurğulanır. Bu baxımdan, güclü orduya sahib olan Azərbaycanın hərbi faktorlar üzərindən hədələnməsini yalnız mövcud situasiyanı dəyərləndirmək qabiliyyətinin çatışmazlığı ilə izah etmək mümkündür. Hər halda, növbəti savaşa səbəb vermək Azərbaycan ordusunun Ermənistanı tamamilə diz çökdürməsi ilə nəticələnə bilər.

Stani-1628490749.jpg (28 KB)

Ancaq erməni general ənənəvi və tamamilə əsassız erməni lovğalığından imtina etmək niyyətində deyil. Onun KTMT-nın baş katibi Stanislav Zas ilə görüşdə sərf etdiyi cümlələr Ermənistanda vəziyyətin düzgün qiymətləndirilməsi vərdişlərinin mövcud olmadığını növbəti dəfə təsdiqləyir. Hər halda, erməni generalın KTMT rəhbərini qınamaqla, Ermənistanın bu hərbi alyansdan dəstək ala biləcəyinə ümid bəsləməsi o qədər də reallist yanaşma təsiri bağışlamır: “Biz sizi may ayında gözləyirdik. Məhz həmin dövrdə Azərbaycan Silahlı Qüvvələri iki istiqamətdən Ermənistan ərazisinə daxil olmuşdu”.

Göründüyü kimi, erməni general KTMT-nı və onun rəhbərini açıq-aşkar ittiham edir. Bu qurumun Ermənistanı müdafiə etmək üçün öz öhdəliklərini yerinə yetirmədiyinə eyham vurur. Halbuki, bu ittihamlar erməni şantajından başqa bir şey deyil.

Məsələ ondadır ki, Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olmayıb. Beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan ərazilərdə yerləşib. Ermənistanın bu prosesi KTMT-nın sayəsində əngəlləmək niyyəti isə tamamilə məntiqsizdir.

Digər tərəfdən, hər bir normal dövlət kimi, Ermənistan da ilk növbədə özü müdafiə olunmalıdır. Ancaq Ermənistan normal deyil, başqalarının ermənilər üçün uydurduğu qondarma dövlət olduğundan bu ölkədə hərbi-siyasi idarəçilik ənənələri də hələ yaranmayıb. Hər halda, Ermənistan normal dövlət olsaydı, onun sərhədlərini Rusiya sərhədçiləri qorumazdılar. Və rəsmi İrəvan Ermənistanın sərhəd qoşunlarının yaradılmamasının səbəblərini əvvəl-axır özü üçün aydınlaşdırmalıdır.

Ancaq bütün bunlara baxmayaraq, erməni general savaş mesajları verməkdədn də özünü saxlamaqda çətinlik çəkir: “Biz problemləri sülh yoluyla həll etməyə çalışırıq. Ancaq Ermənistan sərhədlərinin pozulması ilə bağlı yaranmış vəziyyətlə barışmağa da hazır deyilik. Biz öz ərazilərimizi qətiyyətlə müdafiə edəcəyik. Bizim səbrimiz sərhədçiz deyil. Əgər, sərhəddəki vəziyyət sülh yoluyla həll edilməzsə, biz bu məsələni güc yolu ilə həll etmək hüququnu özümüzdə saxlayırıq”.

Halbuki bu fikirdə olan erməni generalın güc yolu ilə məsələ həll etmək hüququndan necə istifadə edəcəyini də əvvəlcədən aydınlaşdırması vacibdir. Çünki hər hansı bir məsələnin güc yolu həll edilməsi üçün ilk növbədə buna uyğun gücün olması lazımdır. Ermənistanın isə heç bir məsələni güc yolu ilə həll etməyə hərbi imkanları və resursları mövcud deyil.

Ola bilsin ki, erməni general Rusiya hərbi kontingentinin arxasında gizlənib, qarşı tərəfə atəş açmaq metodunu məsələnin güc yolu ilə həll olunması hüququndan istifadə modeli hesab edir. Ancaq hələlik Rusiya hərbi kontingentinin sərhəd bölgəsində erməni silahlı dəstələrinin arxasında gizlənəcəyi “canlı sipərə” çevrilməsinə nail olunmayıb. Hər halda, Kreml Rusiya əsgərlinin ermənilər üçün “canlı sipər” rolunu oynamasına şərait yaratmaq niyyətində deyil.

Belə olan təqdirdə, Ermənistan müdafiə naziri A.Karapetyan nəyə və kimə güvənir? Ermənistanın növbəti müharibədə savaşacaq ordusu yoxdur. Rusiya və ya hər hansı ölkə isə Ermənistanın əvəzindən savaşmaq niyyətində deyil. Buna baxmayaraq, ordusuz erməni general davamlı olaraq, Azərbaycanı hədələyir.

Əgər, Azərbaycanın səbri tükənərsə, hərbi təxribatlar törədən Ermənistana qarşı qəti addımllar atmağı qərarlaşdırarsa, rəsmi İrəvanın və onun sayıqlayan generalının vəziyyəti maraq doğurur. Bu halda, məsələləri güc yolu ilə həll etmək hüququnu öz əlində bərk-bərk tutub saxlayan erməni general Ermənistanı hansı ordu ilə müdafiə edəcək? Rəsmi İrəvan və onun sərsəm generalı bu suala doğru-düzgün cavab tapa bilməsələr, bu dəfə Ermənistan dövləti həmişəlik mövcudluğunu itirəcək.“Yeni Müsavat”