“Onsuz da sülhməramlı qüvvələr canımızı boğazımıza yığıb, öz vəzifələrini icra etmirlər...”
“Açığını demək lazımdır ki, sülhməramlı qüvvələr faktiki olaraq öz vəzifələrinə uyğun olmayan, əslində Azərbaycanın əleyhinə çevrilmiş Xankəndinin silahlanmasına yönəlmiş, ora erməni silahlılarının gətirilməsinə yönəlik hərəkətlər edir”
Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib:
“Onlar orda olan on bir min erməni əsgərini çıxarmayıblar və üstəlik Ermənistandan göndərilən əsgərləri də qəbul edirlər. Bunlar hələ ki, mətbuata sızmış məlumatlardır. Məlumatlar dəqiqəşdirildikdən sonra yəqin ki, hərəkətə keçiriləcək və bu biabırçılıqların qarşısını almaq üçün tədbirlər görülməsinə çalışılacaq. Onsuz da sülhməramlı qüvvələri də canımızı boğazımıza yığıb. Azərbaycan anti-terror əməliyyatına hazırlanır və sadəcə olaraq onun vaxtını dəqiqləşdirmək lazımdır. Ermənistandan əsgər gətirilməsi məsələsi təkcə bu formada baş vermir, mülki formada da erməni əsgərləri Qarabağ ərazisinə sızır və sülhməramlıların köməyi ilə burada yerləşirlər. Üstəlik də sərhəd bölgələrinə məsələn, Qazaxın işğal edilmiş yeddi kəndində və Göyçə mahalı ərazisinə rus sülhməramlılarının yerləşdirilməsi onu göstərir ki, Rusiya bölgədə yenidən qarşıdurmanın yaradılmasına səbəb ola biləcək addımlar atır. Ola bilsin Rusiyanın hansısa siyasi dairələri bu adımı atır. Onsuz da xarici işlər naziri Lavrovu günahlandırmağa kifayət qədər əsas var. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu məsələylə bağlı Lavrovla danışıb. Düzdür, bununla bağlı mətbuata açıqlama vermirlər, belə görünür ki, bu danışıqların müsbət nəticəsi olmayıb, ya da ki, o, faktları təkzib edib. Hər halda bizim əks-kəşfiyyatımız, kəşfiyyatımız bu məsələylə bağlı dördgöz olmalıdır”.






































































.jpg)























