Azərbaycanın ATƏT-in Minsk Qrupuna  hər hansı bir ehtiyacı yoxdur

Azərbaycanın ATƏT-in Minsk Qrupuna hər hansı bir ehtiyacı yoxdur

13 İyul 2021 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya, Fransa və ABŞ-ın Bakıdakı səfirlərinin Şuşaya təşkil edilən səfərə qatılmaması həm bu ölkələrin ikili siyasətini, həm də ATƏT-in Minsk Qrupundakı həmsədr mandatlarını sual altında qoyur.

Oxuməni.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Rusiya, Fransa və ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini hər zaman qeyd edirlər:

“Bu ölkələr bir haldakı ərazi bütövlüyümüzü dəstəkləyir. O zaman nə üçün Bakıdakı səfirləri Şuşaya təşkil edilən səfərə qatılmır? Təəssüf ki, illərdir ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq hər üç ölkədən ikili yanaşma görmüşük. “Danışıqlar” prosesinin 27 il uzanması da məhz bu ölkələrin səriştəsizliyi və məqsədli surətdə prosesi uzatması ilə əlaqədar idi. Lakin ölkə başçısının beynəlxalq vəziyyəti düzgün qiymətləndirməsi, eyni zamanda usta diplomatik səyləri nəticəsində 44 günlük müharibə başladı və Ordumuz təkbaşına Ermənistan işğalçı qüvvələrini torpaqlarımızdan çıxara bildi.

27 illik fəaliyyətsizliyi ilə bizə heç bir müsbət şey vəd etməyən ATƏT-in Minsk Qrupuna bu gün ehtiyacımız yoxdur. Çünki faktiki olaraq ortada həll edilməli olan bir münaqişə mövcud deyil.

Qeyd edilən ölkələrin səfirlərinin Şuşaya getməməsi mahiyyət etibarilə bizim üçün heç bir mənfi cəhəti yoxdur. Nəinki Şuşa, bütün Qarabağ faktiki olaraq Azərbaycanın ayrılmaz ərazisidir. Kiminsə Şuşanı ziyarət etməməsi bu gerçəkliyi dəyişməyəcək”.