Azad olunmuş torpaqlara getməyən yeganə səfir...

Azad olunmuş torpaqlara getməyən yeganə səfir...

9 İyul 2021 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Azərbaycandakı səfiri cənab Volfqanq Maniqin işğaldan azad edilən ərazilərə təşkil edilən səfərlərə qatılmayan yeganə səfir olması yenidən müzakirəyə çıxarılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Axar.az-ın bu istiqamətdə ünvanladığı sorğuya Almaniya səfirliyinin rəsmi cavabında qeyd edilib ki, COVİD-19-a yoluxma riski və mina təhlükəsi səbəbindən Almaniyanın ölkəmizdəki səfiri cənab Volfqanq Maniq işğaldan azad olunmuş ərazilərə səfər etmir.

Səfir yazılı cavabında qeyd edib ki, əlavə təəssürata ehtiyac yoxdur: “Mənə orada olan dağıntıların miqyası məlumdur”.

Xatırladaq ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə mütəmadi olaraq əcnəbi diplomatların səfəri təşkil olunsa da, Almaniyanın ölkəmizdəki səfiri bu səfərlərə bir dəfə də olsun qatılmayıb. Bu fakt isə sosial mediada vaxtaşırı olaraq müzakirə və tənqid olunur.