Azərbaycan İrana nüvə ilə bağlı güc tətbiq edilməsini dəstəkləmir
Bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın "Moskovskiye novosti" qəzetinə müsahibəsində deyib.
Müasir dünyada texnologiyaların inkişafı və "nüvə klubu" üzvlərinin sayının artmasının qarşısını almaq siyasəti özünü doğrultmur.
Nüvə texnologiyalarının qarşısının alınması siyasətindən nüvə silahlarından istifadə etməmək siyasətinə keçmək lazımdır.
Ciddi beynəlxalq hüquqi mexanizm yaradılmalıdır ki, nüvə silahına sahib olanlar ondan istifadə etməyəcəyinə zəmanət versin.
"İranın nüvə perspektivi Azərbaycanı qorxutmurmu" sualının cavabında nazir deyib: "Çoxsaylı azərbaycanlının yaşadığı İranın bilavasitə qonşusu kimi, biz əlbəttə, məsələnin hərbi yolla həllini qəbul etmirik."
Elimizdə belə bir məsəl var: "Mollanın dediyini elə, elədiyini eləmə". Gərək dünya dövlətləri mollaların şirin vədlərinə uymasınlar
Elvin Babayev
O.M.