Xələf Xələfov açıqlama verib

Xələf Xələfov açıqlama verib

26 Aprel 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı keçiriləcək görüşlər barədə açıqlama verib.


Azərbaycan Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun bu dəfəki görüşü zamanı əvvəllər razılaşdırılmamış bir sıra məqamları razılaşdırmağa nail olacağına ümid edir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Bakıda keçirilən iclasda çıxış edərkən bildirib.


"Noyabrın 18-də Bakıda keçirilən Xəzəryanı ölkələrin rəhbərlərinin sammitindən sonra işçi qrup bir sıra görüşlər keçirib ki, həmin görüşlər indiki iclasın təşkilinə kömək edib. Bu gün və sabah Konvensiya üzrə mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək, eləcə də Bakı sammiti zamanı qəbul edilən protokol və qərarların da müzakirə olunması planlaşdırılır", - deyə Xələf Xələfov bildirib.


Xəzərin statusunu Tanrı müəyyən edib. İnsanlara isə bunu dərk etmək qalır...


Hafiz Əhmədov


O.M.