Bu, ermənilərin Ordumuzu əməliyyata dəvət etməsidir

Bu, ermənilərin Ordumuzu əməliyyata dəvət etməsidir

27 May 2021 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan daxilində seçkinin təxirə salınmasını istəyən qüvvələr var. Həmin qüvvələr Nikol Paşinyanın seçkidə yenidən qələbə qazanacağını proqnozlaşdırır və bunu həzm edə bilmirlər. Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə və müharibə ehtimalı artarsa, Ermənistanda parlament seçkiləri təxirə salınacaq. Həmin qüvvələrə də elə bu lazımdır.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, həmin qüvvələr sərhəddə vəziyyətin gərginləşməsində, toqquşmaların başlamasında maraqlıdırlar. Onlar bu yolla Paşinyanın sonunun gələcəyini düşünürlər.

Politoloq onu da vurğulayıb ki, Müdafiə Nazirliyinin açıqlamasında ermənilərin Gədəbəy, Kəlbəcər və Şuşa istiqamətində atəşkəsi pozduqlarını bildirməsi ermənilərin növbəti anti-terror əməliyyatına Azərbaycan Ordusunu dəvət etməsidir:

“Rusiya hərbçiləri separatçı-terrorçuları tərk-silah etməliydi. Etməyiblər, ona görə də Azərbaycan Ordusu hərəkətə keçə bilər”.