Paşinyanın siyasi planı: Ermənistanda hərbi çevrilişə cəhd gözlənilir – Bəs sonra?

Paşinyanın siyasi planı: Ermənistanda hərbi çevrilişə cəhd gözlənilir – Bəs sonra?

24 May 2021 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanda seçki öncəsi siyasi situasiya mürəkkələbşir. Baş nazir Nikol Paşinyana qarşı son günlərdə Zəngəzurda və Azərbaycanla dövlət sərhədində baş verən porseslərlə bağlı ciddi narazılıqlar artıb”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə politoloq Məhəmməd Əsdullazadə fikir bildirib. Onun sözlərinə görə, sabiq prezident Levon Ter Petrosyanın seçkiyə qatılması, həmçinin Koçaryanın bu səpkidə çıxışları Paşinyanın manevr etməsinə gətirib çıxara bilər: “Qeyd edim ki, parlamentdə təmsil olunan və N. Paşinyanla anlaşamda olan ” İşıqlı Ermənistan” partiyasının sədri E. Marukyan seçkiyə getməməyi çağırış edib. Buna səbəb sərhəddə və Zəngəzurda baş verən proseslərdir. Paşinyan xalqa vəziyyət mürəkkəbdir və seçkiyə getməyək açıqlamasını ona görə verə bilmir ki, üç ay öncə özü bu barədə fikir səsləndirərək, üstünlüyü ələ ala bilmişdi. “İşıqlı Ermənistan” partiyasının sədri E. Marukyan məhz növbədənkənar seçkilərə getmək üçün N. Paşinyanın təklifini qəbul edən ilk siyasi liderdir. Məhz hazırda onun seçkiyə getməyək çağırışı Pşainyanın siyasi planıdır. Çünki, Paşinyan hesab edir ki, bu kimi situasiyada seçkiyə gedərsə, ölkədə hərbi çevrilişə cəhd ola bilər. Həmçinin seçkidən sonra vəziyyət kəskinləşər”.

Politoloq əlavə edib ki, belə bir fikir ortaya atmaqla Marukyan vasitəsilə Paşinyan cəmiyyətin təpkisini və müxalifətin nəbzini yoxlayır: “Çünki, müxalifət də əvvəlki aylarda seçkiyə getməyin mənasız olduğunu bəyan edirdi. Amma, Paşinyan cəmiyyətin fəal dəstəyindən arxayın olub, müxalifəti qorxaqlıqda ittiaham edərək, seçki qərarı verdi. Hazırda porseslər Pşainyanın əleyhinə olduğu üçün seçkini ləğv etmək istəyir. Amma, müxalifət seçkidə qərarlı görünür. Azərbaycan da artıq Ermənistandakı seçki prosesini gözləyir. Əgər, seçkilər ləğv edilərsə, Azərbaycan hərəkətə keçməli və Paşinyanın dediyi kimi məlum sənədin imzalanmasını tezləşdirməli, eləcə də Zəngəzur dəhlizinin açılmasını tələb etməlidir. Ola bilər ki, N. Paşinyana “seçkini ləğv et” mesajı ABŞ-dan verilib. Çünki, Rusiya Ermənistan daxilində müxalifəti toparlayır. Hazırkı məqamda Ermənistanda seçkilərin təxirə salınması Paşinyanın mövqelərinin möhkəmlənməsinə və Azərbaycanla sənədlərin imzalanmasına gətirib çıxara bilər”.