Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?

Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?

22 May 2021 22:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasından sonda çıxarıldığını deyir:

- Yeni bir sirr açacam. Üçtərəfli sənədin ilkin versiyasına Tavuşun kəndləri (Qazaxın 7 kəndi) və Tiqranaşen (Kərki) kəndi də daxil edilmişdi, lakin sonradan bunlar çıxarıldı;

- Çünki o dövrdə itkilərimiz çox idi və bu məsələlər də sənədə əlavə edilsəydi, ölkənin hərbi-siyasi rəhbərliyi bunun altından çıxa bilməyəcəkdi;

- Bu baxımdan, proses mərhələlərə bölündü və bu gün yenidən gündəmə gətirilib;

Şuşaya “İsgəndər” atdıqları etirafını da Akopyan etmişdi, sonradan bu təsdiqini tapdı. İndi Qazaxın kəndləri və Kərki ilə bağlı sirləri açır.

Asif Nərimanlı