“Makronun Bakıda o qədər qohum-əqrabası var ki…”

“Makronun Bakıda o qədər qohum-əqrabası var ki…”

16 May 2021 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq",-deyə Makron yazıb.

Fransa Prezidenti Emmanüel Makron rəsmi “Facebook” səhifəsində erməni dilindəki bu paylaşımı Azərbaycanda ciddi etiraza səbəb olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, deputat Aqil Abbas deyib ki, bütün dünya Avropa başda olmaqla türklərə qarşı düşmənçilik siyasəti aparır:

“Gözləri nə vaxtsa Osmanlıdan qorxub. Fransa da bu ölkələrin önündə gedir. Ermənilərlə fransızların arası daha yaxşıdır, doğmadılar. O vaxt deputat Şamil Qurbanov parlamentin iclasında demişdi ki, Jak Şirak qudurub. Jak Şirakın Bakıda yaşayan qohum-əqrabası kişini necə “tərlətdilərsə” infarkt oldu, öldü. İndi yenə deyirik, Makronun Bakıda o qədər qohum-əqrabası var ki, yenə onlar quduracaqlar”.