Ermənistan ordusunun əsgəri yük maşını ilə həmkarının üstündən keçdi

Ermənistan ordusunun əsgəri yük maşını ilə həmkarının üstündən keçdi

25 May 2012 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusunun bir əsgəri digərini öldürüb. Tert.am-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin istintaq xidmətinin mətbuat katibliyi ölümün bədbəxt hadisə olduğunu bəyan edib. Məlumatda bildirilir ki, dünən yerli vaxtla saat 15:15 radələrində N saylı hərbi hissənin əsgəri Qaqik Qevorqoviç Ovakimyan "Kraz" markalı yük maşınını texniki baxışdan keçirərək park etmək istəyib. Bu zaman arxada duran əsgər yoldaşını görməyib və onu vuraraq əzib. Yaralı Xaçatur Akopoviç Melikyan hospitala aparılarkən dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

O.M.