İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

6 Fevral 2020 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağında Həmasın mövqelərinə hava zərbələri endirib.

Oxuməni.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Qəzza zolağından son gün ərzində İsrail ərazisinə atılan minaatan mərmilərinə cavab olaraq bizim HHQ-miz Həmasın Qəzzadakı bir neçə terror mövqeyinə zərbələr endirib".

Xatırladaq ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından ölkə ərazisi istiqamətində iki minaatan mərmisi atıldığı barədə məlumat vermişdi.

Oxuməni.az