“Güc tərəfdaşlıqdadır” şüarı ilə hərbi təlimlər keçiriləcək
Bu ilin sentyabrında Gürcüstanda “Layiqli Tərəfdaş 2020” (Noble Partner 2020) adlı beşinci çoxmillətli hərbi təlimlər keçiriləcək.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Vaziani poliqonunda keçiriləcək təlimlərdə tərəfdaş qüvvələrin hərbçiləri sahə təlimləri ilə yanaşı, kiber təhlükəsizlik və informasiya əməliyyatları üzrə müxtəlif tapşırıqlar icra edəcəklər.
“Güc tərəfdaşlıqdadır” şüarı ilə keçiriləcək builki təlimlərin məqsədinin tərəfdaş ölkələrin hərbi qüvvələrinin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, həmçinin Qara dəniz bölgəsində stabilliyin və təhlükəsizliyin gücləndirilməsi olduğu bildirilir.
Oxuməni.az
Digər xəbərlər































































































