Türkiyə Suriya hərbçilərinə zərbələr endirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçiləri Suriya hərbçilərinin mövqelərinə zərbələr endiriblər.
Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Türkiyə tərəfi 40-a yaxın obyektə zərbələr endirib və nəticədə, 30-35 suriyalı hərbçi atəşə tutulub.
Bununla yanaşı, Ərdoğan Rusiyanı baş verənlərə müdaxilə etməməyə çağırıb.
Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi dörd hərbçinin həlak olduğunu, İdlibdəki mövqelərinin atəşə tutulması nəticəsində daha doqquz hərbçinin yaralandığını bəyan edib. Ankara iddia edir ki, Türkiyə Qüvvələrinin mövqelərindən xəbərdar olmasına baxmayaraq, Suriya Ordusu atəşə tutulub.
Oxuməni.az
Digər xəbərlər































































































