ABŞ-da "Erməni hakimiyyəti"nin üzvləri həbs olundular

ABŞ-da "Erməni hakimiyyəti"nin üzvləri həbs olundular

24 Mart 2012 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
Maliyyə fırıldaqları ilə məşğul olan banda üzvləri 30 il həbs cəzası alacaqlar

ABŞ-ın Kaliforniya ştatında "Armenian Power (Erməni Hakimiyyəti)" adlı cinayətkar dəstənin onlarla üzvü maliyyə fırıldaqlarında şübhəli bilinərək həbsə alınıb. Lenta.ru-nun ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, erməni mənşəli 4 amerikalıya qarşı 16-21 mart tarixlərində həbs-qətimkan tədbiri seçilib. Arman Şaropetrosyan, Karen Markosyan, Artuş Marqaryan, Kristin Oqancanyan haqda yekun qərar məhkəmənin hökmü ilə cari ilin 06 avqust tarixində elan olunacaq. İlkin ehtimala görə, ittiham aktında yer alan cinayətlərə əsasən canilər ən az 30 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Məlumatda bildirilir ki, bandanı lazımı informasiyalarla hazırda həbsdə olan Anqus Braun təmin edirdi. O, Arman Şaropetrosyanla birlikdə dəstəyə başçılıq edirdi.

Xatırladaq ki, son altı il ərzində "Armenian Power (Erməni Hakimiyyəti)" bandası 10 milyonlarla dolları mənimsəyə bilib. Cinayətkar dəstə 1980-ci ildə Los-Anceles şəhərində SSRİ-dən köçmüş 25 erməni tərəfindən yaradılıb.

M.S.Puşkin demişkən: "sən oğrusan, sən qulsan, çünki sən ermənisən!"

Aqil Hüseynov

O.M.