Suriya Ordusu bir neçə günə 40 qəsəbə və kəndi azad etdiyini bildirib + Video
Suriya Ordusu ötən yaxın günlərdə İdlib əyalətində 40 qəsəbə və kəndi azad edib.
Oxumeni.az SANA-ya istinadla xəbər verir ki, bu barədə Suriya Ordusunun Baş Qərargahı bəyanat verib.
Bəyanatda bildirilib ki, Suriya Ordusu ötən yaxın günlərdə İdlib əyalətinin şərqində həyata keçirilən əməliyyatda 320 kvadrat km ərazini və burada yerləşən 40 qəsəbə və kəndi azad edib.
Ordu "ən-Nusra Cəbhəsi"nin İdlib əyalətinin şərqindəki əsas sığınacağı Məarat-Numan şəhərinin bir neçə km-ə çatdığını elan edib.
Ordu elan edib ki, məqsədi İdlib əyalətinin yerdə qalan bölgələrini də terrordan təmizləmək və burada dövlətin nəzarətini bərpa etməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər































































































