“Gözəgörünməz” esminesin Alyaskaya gəlməsi Rusiyanı təşvişə salıb
Amerika hərbi dəniz güclərinə məxsus " Zumvvalt" (DDG-1000) "gözəgörünməz" esminesi Alyaskadakı Ketçikan limanına yan alıb.
Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi dəniz qüvvələri mətbuat xidmətindən bildirilib. Bundan təşvişə düşən Rusiya məxsus " Zumvvalt" (DDG-1000) "gözəgörünməz" esminesinin nə vaxta kimi Ketçikanda qalması ilə maraqlanmağa başlayıb. Məsələ ilə bağlı rusiyalı jurnalistin ABŞ hərbi dəniz qüvvələrinin rəsmisi Klint Remsdən: "Gözügörünməz" uzun müddət Ketçikanda qlacaq, yoxsa onu Arktikaya göndərəcəksiniz? sualına birbaşa cavab verməkdən imtina edib. O deyib ki, ABŞ gələcək əməliyyatları barədə məlumat vermir.
Qeyd edək ki, " Zumvvalt" (DDG-1000) "gözəgörünməz" gəmisinin inşasıABŞ-a 4,4 milyard dollara başa gəlib. Gəminin düşmən tərəfindən aşkar edilməsi edilməsi demək olar mümkün deyil. O dənizdə, quruda və və havada düşmənin əsas hədəfini bir an içində məhv etməyə qadirdir.































































































