
Ermənistan Ordusunun çempion əsgəri öldü
Tert.am saytının məlumatına görə, Ermənistan Ordusunun əsgəri ölüb. Saytın sorğusuna əsasən bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyan faktı təsdiqləyib. Mətbuat katibi əsgərin kazarmada deyil, 11 dekabr-30 yanvar tarixləri üçün ayrılmış ezamiyyət zamanı öldüyünü bildirib. Belə ki, əsgər Ermənistan boks Federasiyasına ezam olunduqdan sonda qəflətən 15 dekabr günü vəziyyəti pisləşib. Həkimlərin ciddi cəhdinə baxmayaraq, sıravi Mqer Akopyanın həyatını xilas etmək mümkün olmayıb. Məlumatda o da bildirilir ki, əsgər 2012-ci ilin yanvar ayında keçiriləcək Ermənistan çempionatına hazırlaşırdı. O, yeniyetmələr arasında Avropa çempionatında 5-ci yeri tutduğu üçün Ermənistanın Mərkəzi Ordu İdman Klubunda xidmət edirdi. Ölümün səbəbləri hələlik məluma deyil.
Çempion əsgər nokaut olduğundan erməni ordusu nokdaun vəziyyətinə düşüb...
Sərvər Aslanov
O.M.